Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik


“Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatın (müharibənin – red.) bütün məqsədlərinə nail olacaq”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bu məqsədlərə çatılacağını açıq şəkildə bildirib.

Nazirin sözlərinə görə, Rusiya Ukraynanın istifadə etdiyi üsullara əl atmayacaq, amma öz metodlarını daha da sərtləşdirəcək.

“Biz bu səviyyəyə enməyəcəyik, amma Kiyevin hərbi maşınını Qərbdən qidalandıran hər şeyi məhv etmək üçün öz metodlarımızı daha sərtləşdirəcəyik”, - Lavrov vurğulayıb./Teleqraf


MANŞET XƏBƏRLƏRİ