15 ölkə Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərəcək çoxmillətli dəniz müdafiə koalisiyası yaratmaq üçün bir araya gəlib.
Turkustan.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 15 ölkə koalisiyanın yaradılması ilə bağlı bəyanatı imzalayıb, onlardan 13-ü isə artıq rəsmi şəkildə təşəbbüsə qoşulub. Yeni koalisiyanın fəaliyyət dairəsinə Babül-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzi daxil olacaq.
Koalisiyaya komandanlığın Səudiyyə Ərəbistanı nümayəndəsi tərəfindən həyata keçirilməsi, onun müavini vəzifəsinin isə Pakistan nümayəndəsinə həvalə olunması planlaşdırılır.
Yeni təşəbbüsün əsas məqsədləri arasında regionda dəniz təhlükəsizliyinin gücləndirilməsi, strateji su yollarında sabitliyin təmin edilməsi və mümkün təhlükələrə qarşı birgə fəaliyyətin təşkili göstərilir.
Koalisiyanın yaradılması Yaxın Şərqdə hərbi-siyasi gərginliyin davam etdiyi bir dövrə təsadüf edir. Təşəbbüsün İranla bağlı regional təhlükəsizlik məsələləri fonunda meydana çıxması diqqət çəkir. Koalisiyanın əsas üzvlərinin ərəb ölkələri olacağı qeyd edilir./modern.az