Özəl ilk dəfə Kılıçdaroğlunun təklifini açıqladı


CHP-dən ayrılaraq Yeni Partiyanı quran Özgür Özel partiyadakı parçalanma prosesi zamanı Kamal Kılıçdaroğlunun ona çatdırdığı liderlik təklifini ilk dəfə ictimaiyyətə açıqlayıb.

Turkustan.az xəbər verir ki, Özəl bildirib ki, Kılıçdaroğlu vasitəçi ilə ona belə bir təklif göndərib: "Əvvəlcə mən partiya sədri olum, seçkilərdən sonra parlament sədri vəzifəsinə keçəndə rəhbərliyi sənə təhvil verəcəyəm".

Yeni Partiyanın sədri bu təklifi qəbul etmədiyini vurğulayaraq, bunun mümkün olmadığını deyib.

"Bunu qəbul etmək mənim üçün mümkün deyildi. Birlikdə keçirdiyimiz hər gün ölkənin gələcəyindən oğurluq etmək idi", – deyə Özgür Özel bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ