Qondarma "Artsax bayrağı" Ermənistan parlamentindən yığışdırıldı


Ermənistan parlamentinin iclas zalında əvvəllər masalara düzülmüş qondarma "Artsax bayraqları" yığışdırılıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Haraparak"ın yaydığı məlumatda bildirilib.

Müxalif "Hayastan" fraksiyasının deputatı Kristine Vardanyan "Artsax bayraqları"nıni clas zalındakı masaların üzərindən yığışdırılmasının əleyhinə olduğunu bildirib.

Vardanyanın sözlərinə görə, müxalifət nümayəndələrinin masalarından və digər məkanlardan həmin "bayraqlar" əvvəlcədən xəbərdarlıq edilmədən götürülüb. O, parlementin yeni sədri Ruben Rubinyanı buna görə ittiham edib.

Vardanyan vurğulayıb ki, müxalifət "Artsaxın bayraqları" həm partiya ofisində, həm də iş otaqlarında saxlayırlar. /modern.az/


MANŞET XƏBƏRLƏRİ