ABŞ-ın süni intellektə yönəltdiyi nəhəng investisiyalar gözlənilən nəticəni verməsə və səmərəliliyini sübut etməsə, növbəti maliyyə “köpüyü”nə çevrilərək Amerika iqtisadiyyatına ciddi zərər vura bilər.
Turkustan.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.
Məlumata görə, ABŞ hazırda süni intellektə yönəldilən vəsaitlərin həcmi səbəbindən risk zonasına yaxınlaşır:
"Növbəti dörd il ərzində data mərkəzlərinə 7 trilyon dollar xərclənməsi planlaşdırılır və məhsuldarlıq artımı bu investisiyaları doğrultmaq üçün kifayət etməzsə, bu məbləğ iqtisadiyyata ciddi zərər vurmaq üçün yetərlidir. Əlavə risk amili süni intellekt sənayesinin inkişafı üçün borc maliyyələşməsindən getdikcə daha çox istifadə olunmasıdır. Bu isə o deməkdir ki, süni intellekt “köpüyə çevrilərsə”, o, maliyyə sisteminə də zərbə vuracaq və bu, bazarın gözardı edə biləcəyi bir məsələ deyil". /axar.az/