İsrailin müdafiə naziri Yisrael Katz İranı bir daha açıq şəkildə hədələyərək, İsrailə ediləcək hər hansı hücumun ağır nəticələrə səbəb olacağını bildirib.
Turkustan.az xəbər verr ki, İsrailin 14-cü Kanal televiziyasına müsahibəsində İranla gərginliyə toxunan Katz, "Əgər İran İsrailə hücum edərsə, dağıdıcı zərbə alacaq və onlar bunu çox yaxşı bilirlər", - deyə vurğulayıb.
Katz yerli medianı İsrail ordusunun "hərbi nailiyyətlərini" kifayət qədər işıqlandırmamaqda ittiham edib və hökumətin bu nəticələri ictimaiyyətlə paylaşmağa davam edəcəyini bildirib.
O, sözügedən "nailiyyətlər" sırasında İranın Ali Lideri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli İran rəsmilərinə qarşı həyata keçirilən sui-qəsd əməliyyatlarını da qeyd edib.
Məlumatda həmçinin bildirilir ki, İsrailin təhlükəsizlik rəsmiləri ABŞ prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatı ləğv etmək qərarını mənfi qarşılayıblar.
İsrail mediası ABŞ-ın İrana qarşı genişmiqyaslı hücum ehtimalını gündəmə gətirərkən, ölkədə müdafiə hazırlığı səviyyəsinin ən yüksək həddə çatdırıldığını yazıb.
Xatırladaq ki, Donald Tramp iyulun 31-də ABŞ-ın İrana qarşı "çox sərt zərbələr endirəcəyini" və hərbi prosesin Vaşinqton üçün "olduqca yaxşı getdiyini" bəyan etmişdi.
Aytən Yaşar/ Turkustan.az