Şimali Afrikada İspaniyaya məxsus Seuta şəhərinə keçməyə çalışarkən həyatını itirən qanunsuz miqrantların sayı 88-ə yüksəlib.
Turkustan.az xəbər verir ki, EFE agentliyinin təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, Mərakeşdən Seutaya keçən qanunsuz miqrantların geri qaytarılması prosesi davam edir.
Məlumatda bildirilir ki, iyulun 30-dan etibarən Seutadan Mərakeşə təxminən 73 min 500 qanunsuz miqrant geri qayıdıb və ya qaytarılıb.
Son günlər Seuta istiqamətində artan miqrasiya axını bölgədə humanitar və təhlükəsizlik narahatlıqlarını daha da gücləndirib.
Aytən Yaşar/ Turkustan.az