ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların 3 avqustda yenidən başlayacağını açıqlayıb və tərəflərin razılığa gələcəyinə nikbin olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Nyu-Cersidən Vaşinqtona uçarkən jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, İranla Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub və nüvə silahlarının ləğvi istiqamətində də anlaşmanın yaxın vaxtlarda mümkün olacağına inanır.
Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İranla aparılan təmaslar nəticəsində ABŞ bu həftəsonu planlaşdırdığı genişmiqyaslı hərbi əməliyyatı təxirə salıb.
ABŞ prezidenti bildirib ki, regional tərəflər hərbi əməliyyatın qarşısının alınmasını istəyiblər. Onun sözlərinə görə, bu hücum həyata keçirilsəydi, İkinci Dünya müharibəsindən bəri ən böyük əməliyyatlardan biri ola bilərdi.
Aytən Yaşar/ Turkustan.az