İsrail Knessetinin (parlamentinin) Xarici işlər və müdafiə komitəsi təcili hərbi səfərbərlik rejiminin daha iki ay müddətinə uzadılmasını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Bu, İsrail Müdafiə Ordusunun 240 minə qədər ehtiyatda olan hərbçini xidmətə çağırmasına imkan verir.
Qəzet qeyd edir ki, müddətin uzadılması Qəzzada müharibənin başlanmasından (2023-cü ilin oktyabrından - red.) etibarən hər bir neçə aydan bir təsdiqlənir.
Bu qaydalar sentyabrın 30-dək qüvvədə olacaq. /Bakıvaxtı.az/