ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda həyata keçirilmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Bu, kütləvi hücum olacaqdı. Onlar bizdən bunu etməməyi xahiş etdilər. Dedilər: "Xahiş edirik, bunu etməyin". Onların qonşuları da eyni şeyi söylədi", - deyə ABŞ prezidenti qeyd edib.
ABŞ Prezidenti İranın qonşuları deyərkən üç ölkənin adını çəkib:
"Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı da məndən hücumları təxirə salmağımı istədi. Bu, böyük bir hücum olardı”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp əlavə edib ki, hazırda əsas məqsəd İranla razılaşmanın mümkün olub-olmayacağını müəyyənləşdirməkdir.
"Sadəcə görəcəyik ki, razılaşma əldə edə biləcəyik, ya yox", - deyə o vurğulayıb.
Donald Tramp ABŞ və İran arasında danışıqların bazar ertəsi günü başlayacağını bildirib.
Tramp bu barədə təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Biz onlarla danışacağıq. Danışıqlar bazar ertəsi günortadan sonra başlayacaq”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər hakimiyyətlərinin, eləcə də İran tərəfinin tələbi ilə danışıqlara razılıq verib.
ABŞ Prezidenti vurğulayıb ki, razılaşmanın əldə olunmasına üstünlük verir. “Mən insanların öldürülməsini xoşlamıram”, - deyə Tramp bildirib. /modern.az/