Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraq Baş naziri Əli əz-Zeydi arasında Beştəpədə keçirilən görüşdən sonra baş tutan imzalam mərasimində gözlənilməz an baş verib.
Turkustan.az “Yeni Sabah”a istinadən xəbər verir ki, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan müqavilələr bir-birinin ardınca imzalanarkən, İraqın nəqliyyat naziri Vəhb Həsəni “İnkişaf Yolu” layihəsi ilə bağlı sənədi imzalamayıb.
Baş naziri Əli əz-Zeydi vəziyyətə müdaxilə edib. O, Həsəniyə müqaviləni iştirakçıların qarşısında imzalamağı tapşırıb.
Baş nazirin göstərişindən sonra Həsəni sənədi imzalayıb və mərasim davam edib.
İlk anda nazirin müqaviləni imzalamaqdan imtina etməsi müxtəlif suallar doğursa da, sonradan hadisənin siyasi fikir ayrılığı ilə bağlı olmadığı bildirilib.