Ərdoğandan İraq mesajı: Gündə 1 milyon barel neft alsaq...


Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan İraqın Baş naziri Əli əz-Zeydini Prezident Sarayında qəbul edib.

Turkustan.az xəbər verir ki,təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdən sonra tərəflər müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalayıb.

Daha sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Ərdoğan Türkiyə-İraq münasibətlərinin inkişafından və enerji əməkdaşlığından danışıb.

Ərdoğan bildirib ki, İnkişaf Marşrutu Layihəsi mövcud geosiyasi şəraitdə əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir.

"Körfəz bölgəsini İraq vasitəsilə dünyaya bağlamağı hədəfləyən İnkişaf Marşrutu Layihəsinin indiki şəraitdə daha da strateji əhəmiyyət qazandığını görürük", – deyə o vurğulayıb.

Türkiyə lideri neft tədarükü məsələsinə də toxunaraq bildirib:

"Əgər qonşumuz İraqdan gündə bir milyon barel neft nəql edə bilsək, Allahın izni ilə, bu, enerji ehtiyaclarımızın ödənilməsinə mühüm töhfə verəcək".

Ərdoğan çıxışında İraqın Baş naziri Əli əz-Zeydini vəzifəsinin icrasına başlaması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident Ərdoğan İraqın Baş naziri ilə görüşüb.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ