Bütün ABŞ senatorları Zelenski ilə görüşə dəvət olunublar - The Hill


ABŞ Senatının bütün 100 üzvü Ukrayna Prezidenti Volodimir Zelenski ilə iyulun 28-də Kapitolidə keçirilməsi planlaşdırılan görüşə dəvət olunub.

Turkustan.az xəbər verir ki, bu barədə The Hill nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş Senatın Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq Moskva və onun ticarət tərəfdaşlarına qarşı daha sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini müzakirə etdiyi vaxta təsadüf edir.

Zelenski Vaşinqtona ABŞ Konqresində Ukraynanın əsas dəstəkçilərindən biri hesab olunan senator Lindsi Qrehemin anım mərasimində iştirak etmək üçün səfər edib.

Bildirilir ki, Senatda geniş ikipartiyalı dəstəyə malik olan Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin Zelenski ilə keçiriləcək görüşdə əsas müzakirə mövzularından biri olacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ