ABŞ dövlət katibi Marko Rubio rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra İranla bağlı sərt açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Rubio bildirib ki, Tehran hələ də razılaşmaya hazır deyil və bunun nəticələrinə görə məsuliyyət daşıyacaq.
"İran razılaşmaya hazır deyil. Onlar bunun bədəlini ödəyəcəklər. Bu qiymət onlar ağlı başına gələnə qədər hər gecə artacaq", – deyə, o vurğulayıb.
Yəməndə fəaliyyət göstərən husilərə də toxunan Rubio qruplaşmanın hücumları dayandıracağına ümid etdiyini bildirib.
"Onlar İran tərəfindən aldadılıblar. Ümid edirəm ki, gərginliyi azaltmaq yolunu seçəcəklər", – deyə, ABŞ dövlət katibi qeyd edib.
Rubio həmçinin Səudiyyə Ərəbistanını ABŞ-ın mühüm müttəfiqlərindən biri adlandıraraq, Vaşinqtonla Ər-Riyad arasında nüvə əməkdaşlığının düzgün və məntiqli addım olduğunu söyləyib.
Aytən Yaşar/ Turkustan.az