Yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Turkustan.az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ Prezidentinə qarşı bundan əvvəlki tədbirdə baş verən sui-qəsd cəhdindən sonra Ağ Ev jurnalistlər üçün təşkil olanacaq növbəti şam yeməyi tədbirində təhlükəsizlik tədbirlərini kəskin şəkildə artırılacaq.
Məqalədə qeyd edilib ki, sözügedən şam yeməyi iyulun 24-də "Waldorf Astoria" otelində keçiriləcək. Tədbir adi çap vərəqlərindən ibarət olan buraxılış vərəqələri olmadan və demək olar ki, izdihamsız təşkil olunacaq.
Məqalə müəllifi qeyd edib ki, məkan da təsadüfən seçilməyib. Otelin bal zalı cəmi 1000 nəfəri qəbul edə bilir. Əvvəlki rədbir məkanı isə "Washington Hilton" idi. Burada təxminən 4000 nəfər toplaşa bilirdi. Məqalədə deyilir ki, bu qərar təhlükəsizlik işçilərinin üzərinə düşən yükü azaldacaq./publika.az