Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır


Rusiyanın “Azov” Qənnadı Fabrikinin istehsal etdiyi halvada ağır metal kadmium aşkar edilib.

Turkustan.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

"Belarus Dövlət Sanitariya Nəzarəti Xidməti təhlükəli bir partiya günəbaxan halvasını rədd edib. Bu halva Rusiyanın ən böyük halva istehsalçılarından biri olan Rostov vilayətindəki “Azov” Qənnadı Fabriki tərəfindən istehsal olunub", - deyə bəyanatda bildirilir.

Kadmium bədəndə toplanır və uzun müddət məruz qaldıqda böyrəklərə və sümüklərə zərər verir. Təhlükəli partiyanın Belarusda paylanması artıq dayandırılıb./publika.az


MANŞET XƏBƏRLƏRİ