ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin onun prezidentlik müddətinin başa çatacağı 2029-cu ilə qədər sona çata biləcəyini bəyan edib.
Turkustan.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
"Məncə, bəli", - deyə Tramp Ukrayna münaqişəsinin prezidentlik səlahiyyətləri başa çatmamış həll olunacağına inanıb-inanmadığı barədə suala cavab verib.
ABŞ lideri qeyd edib ki, münaqişənin daha tez başa çatacağını gözləyirmiş.
"Mən düşünürdüm ki, bu, daha tez başa çatacaq. Hesab edirdim ki, bunu həll etmək ən asan məsələ olacaq, çünki hər iki liderlə yaxşı münasibətlərim var", - deyə Tramp vurğulayıb./publika.az