Ukrayna və Aİ arasında “Dron Sazişi” imzalandı


Ukrayna və Avropa Birliyi müdafiə-sənaye sektorunda bir razılaşma - Dron Sazişi barədə razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukrayna Dövlətçilik Günü münasibətilə keçirilən tədbirdə bildirib.

“Ukrayna əsasən Avropa üçün təhlükəsizlik şəbəkəsinin alıcısından təchizatçısına çevrilib. Bu, həm də yeni bir əməkdaşlıq yolu deməkdir. Buna görə də sizinlə, Volodymyr, Aİ və Ukrayna arasında müdafiə-sənaye sektorunda yeni bir tərəfdaşlığa başlamaqdan məmnunam. Bu gün imzaladığımız şey öz Dron Sazişimizdir”, - deyə, o bildirib.

Leyen Ukraynanın döyüş təcrübəsinin unikallığını və dronlar və anti-dron sistemləri ilə işləməkdən qazandığı bilikləri qeyd etdi. Avropa Komissiyasının sədri vurğuladı ki, Avropanın üzləşdiyi təhdidləri nəzərə alaraq, Aİ və Ukrayna onlardan birlikdə istifadə etməlidirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ