Zelenski Ursula fon der Leyenə Avropa ordeni təqdim etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenə ilk Ukrayna Avropa Ordenini təqdim edib.

Turkustan.az xəbər verir ki, mükafatlandırma mərasimi Kiyevdə Ukrayna Dövlətçiliyi Günü münasibətilə keçirilən rəsmi tədbir çərçivəsində baş tutub.

Təltifetmə zamanı çıxış edən Zelenski bildirib ki, ilk Ukrayna Avropa Ordenini Ursula fon der Leyenə təqdim etmək onun üçün böyük şərəfdir.

Prezident qeyd edib ki, Ukrayna ilə Avropa arasında əlaqələr uzun müddətdir qarşılıqlı etimada və əməkdaşlığa əsaslanır. Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük üzrə bütün danışıq klasterlərinin açılması bu münasibətləri daha da möhkəmləndirəcək.

Zelenski vurğulayıb ki, Ukrayna özünü Avropanın ayrılmaz hissəsi hesab edir və ölkəsinin Aİ-yə inteqrasiya yolunda göstərilən dəstəyi yüksək qiymətləndirir. O əlavə edib ki, Ukrayna tərəfdaşlarının ortaq Avropa gələcəyinə verdiyi töhfəni daim xatırlayacaq.

Zelenski Ursula fon der Leyenə Avropa ordeni təqdim etdi

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ