Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk Yeol siyasi vəsaitlərlə bağlı qanunvericiliyi pozmaqda qismən təqsirli bilinərək iki il azadlıqdan məhrum edilib.
Turkustan.az xəbər verir ki, Yonhap xəbər agentliyinin məlumatına görə, Seul Mərkəzi Rayon Məhkəməsi Yunun 2021-ci ilin aprelindən 2022-ci ilin martınadək 180 min ABŞ dollarından artıq dəyəri olan seçki sorğularının nəticələrini ödəniş etmədən əldə etməsi ilə bağlı iş üzrə qərarını açıqlayıb.
Məhkəmə keçmiş prezidenti bu ittiham üzrə qismən təqsirli hesab edərək barəsində iki il həbs cəzası çıxarıb.
Qeyd edək ki, Yun Suk Yeol 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan etməsindən sonra "üsyana rəhbərlik etmək" ittihamı ilə ayrıca cinayət işi üzrə də mühakimə olunur və həmin işdə ömürlük həbs cəzası ilə üzləşir.
Aytən Yaşar/ Turkustan.az