Trampa hədiyyə edilən revolver digərlərindən fərqli imiş


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Donald Trampın NATO sammiti üçün Ankaraya səfəri zamanı ona qızılı, fərdiləşdirilmiş revolver və döyüş sursatı dəsti hədiyyə edib.

Turkustan.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Middle East Eye” nəşrinə bir neçə mənbə bildirib.

Həmsöhbətlərin sözlərinə görə, Ərdoğan sammitdə iştirak edən bütün NATO ölkələrinin liderlərinə oxşar fərdiləşdirilmiş revolverlər hədiyyə edib. Lakin yalnız Tramp üçün nəzərdə tutulmuş nüsxənin qızıl örtüyü olub.

Hədiyyə Ərdoğanla Tramp arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə yaxınlaşması fonunda təqdim edilib.

Xatırladaq ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının 36-cı sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçirilib. Bu, alyansın Türkiyədə təşkil edilən ikinci sammiti (birincisi 2004-cü ildə İstanbulda baş tutub) olub.


MANŞET XƏBƏRLƏRİ