Suriya: Makronun səfəri zamanı baş verən hücumun təşkilatçıları saxlanıldı


Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə səfəri zamanı baş verən partlayışlarla bağlı üç nəfər saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 7-də Dəməşqin mərkəzində baş vermiş ikiqat partlayışla bağlı təhlükəsizlik kameralarının görüntüləri və kəşfiyyat məlumatlarının təhlili nəticəsində İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilən üç şübhəli yaxalanıb.

Nazirliyin açıqlamasına görə, saxlanılan şəxslər ilkin ifadələrində hücumu planlaşdırdıqlarını və həyata keçirdiklərini etiraf ediblər. Onların İŞİD-dən təhlükəsizliyi və sabitliyi pozmaq, cəmiyyətdə xaos və qorxu yaratmaq məqsədilə göstəriş aldıqları bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqəsi olan digər şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq davam etdirilir.

Xatırladaq ki, iyulun 7-də Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə səfəri zamanı Suriya Turizm Nazirliyinin binası və Makronun qaldığı otelin yaxınlığında baş verən partlayışlar nəticəsində 1 nəfər ölüb, 36 nəfər yaralanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ