Netanyahunun Tramp planı: Seçki öncəsi siyasi üstünlük hədəfi


İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla planlaşdırılan görüşdən 2026-cı ilin oktyabrında keçiriləcək parlament seçkiləri öncəsi siyasi üstünlük qazanmaq üçün istifadə etməyi planlaşdırdığı bildirilir.

Turkustan.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, Netanyahu Vaşinqtondakı görüşü Tramp ilə münasibətlərinin möhkəmliyini nümayiş etdirmək və bunu seçki kampaniyasında ön plana çıxarmaq üçün mühüm fürsət kimi qiymətləndirir.

Bununla yanaşı, Netanyahu ilə Tramp arasında nəzərdə tutulan görüşün vaxtı və təşkili ilə bağlı qeyri-müəyyənlik hələ də qalır.

ABŞ Prezidenti Donald Tramp görüşün gələn həftə baş tuta biləcəyini açıqlasa da, İsrail mətbuatı hazırlıq işlərinin tam başa çatmaması səbəbindən görüşün təxirə salına biləcəyini yazıb.

Netanyahunun mətbuat xidməti isə iyulun 3-də yaydığı açıqlamada bildirib ki, tərəflər telefon danışığı zamanı yaxın vaxtlarda ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ