Rusiya son bir həftə ərzində Ukraynaya qarşı təxminən 2200 hücum dronu, 1730-dan çox idarə olunan hava bombası və 106 müxtəlif növ raket atıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Teleqram səhifəsində yazıb.
Zelenski bildirib ki, 106 müxtəlif növ raketdən təxminən yarısı ballistic raketlər olub.
Prezident qeyd edib ki, Sumı, Zaporojye, Xerson, Xarkov, Dnepr, eləcə də sərhəd və cəbhə bölgələri demək olar hər gün atəşə tutulur.
Zelenski vurğulayıb ki, Ukrayna artıq hücum dronlarının 90 faizindən çoxunu vurmaq qabiliyyətinə malikdir, lakin ballistik raketləri ələ keçirmək qabiliyyəti hələlik kifayət qədər deyil./publika.az