CHP TBMM Qrup sədri Özgür Özəl komediya ustası Deniz Göktaşın saxlanıldığı Tekirdağ Karatepe Həbsxanasında olub.
Turkustan.az xəbər verir ki, səfərlə bağlı məlumat onun sosial media hesabında paylaşılıb.
Açıqlamada Özgür Özəlin Tekirdağ Karatepe Həbsxanasında Deniz Göktaşı ziyarət etdiyi bildirilib.
Məsələ ilə paralel olaraq, CHP daxilində əvvəlki məhkəmə qərarları və partiya rəhbərliyi ətrafında yaşanan proseslər də yenidən gündəmə gəlib.
Bildirilir ki, keçmiş CHP sədri Kamal Kılıçdaroğlu da Deniz Göktaşla bağlı məhkəmə prosesinə qatılıb və zal qarşısında bəzi etirazlarla qarşılaşıb.
Komediya ustası Deniz Göktaş vəkili vasitəsilə verdiyi açıqlamada görüşə əvvəlcə maraq göstərmədiyini bildirib. O, sonradan qısa görüş zamanı Kılıçdaroğlu ilə salamlaşdıqlarını və ona uğurlar arzuladığını qeyd edib.
Göktaş həmçinin görüş zamanı “CHP-ni rahat buraxın” fikrini səsləndirdiyini, Kılıçdaroğlunun isə bunu dinlədikdən sonra ayrıldığını deyib.
O, 2023-cü il prezident seçkilərində səs verdiyi şəxslə 2026-cı ildə ilk dəfə üz-üzə gəldikdə məyus olduğunu da ifadə edib.

Aytən Yaşar/ Turkustan.az