Kim Çen düşmənlərə mesaj verdi: Silahlarımız daha da güclənəcək!


Şimali Koreya lideri Kim Çen In ölkədə yeni silah sistemlərinin sınaqlarını izləyib.

Turkustan.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, sınaqlar Koreya müharibəsinin (1950–1953) başlamasının ildönümünə təsadüf edib.

Kim Çen In çoxsaylı raket buraxıcılarının, taktiki ballistik raketlərin döyüş başlıqlarının və uzaqmənzilli raketlərin hədəfi dəqiq vurma qabiliyyətinin yoxlanılmasını izləyərək nəticələrdən məmnun qaldığını bildirib.

Şimali Koreya lideri son sınaqların ölkənin silah texnologiyasında əldə olunan irəliləyişləri nümayiş etdirdiyini vurğulayıb.

Kim həmçinin, düşmənə qarşı çəkindiriciliyin qorunmasının vacibliyini qeyd edərək, ölkənin bütün uzunmənzilli zərbə sistemlərinin daha müasir versiyalarla əvəzlənəcəyini bildirib.

KCNA-nın məlumatına əsasən, sınaqdan keçirilən silahlar Şimali Koreyanın raket arsenalının modernləşdirilməsi proqramı çərçivəsində hazırlanan yeni nəsil silah sistemlərinə daxildir.

Şimali Koreya lideri Kim Çen In yeni silahların sınaqlarını izləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ