ABŞ və Qətərin İranın "humanitar yardım xərcləri" üçün milyardlarla dollarlıq dondurulmuş vəsaiti əldə etmək planı üzərində işlədiyi iddia edilir.
Turkustan.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, məsələ ilə tanış olan mənbələr iddia edirlər ki, ABŞ Qətərlə birlikdə İranın “humanitar yardım xərcləri” üçün milyardlarla dollarlıq dondurulmuş vəsaiti “ilkin maliyyə stimulu” kimi təqdim etmək planı üzərində işləyir.
Hələ də tamamlanmamış planın məqsədi İrana dünya miqyasında dondurulmuş təxminən 100 milyard dollarlıq nağd aktivlərinin bir hissəsinə çıxış imkanı yaratmaqdır. Bu aktivlər əsasən Qətərdə saxlanılan 6 milyard dollardan başlayır.
Məlumata görə, müqavilədə Qətərin İran Mərkəzi Bankı tərəfindən sifariş edilən ərzaq, dərman və digər humanitar yardım ləvazimatlarının dondurulmuş İran aktivlərindən çıxarılan vəsaitlərdən istifadə etməklə alınmasına icazə verəcəyi qeyd olunur. Bu aktivlərin sanksiyalar səbəbindən xaricdə bloklanmış neft satışından əldə edilən nağd puldan ibarət olduğu deyilir.
Aytən Yaşar/ Turkustan.az