İranla anlaşma memorandumunun imzalanmasından sonra ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə gərginliyin azalacağına ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ABŞ-ın sülhə sadiq olduğunu vurğulayıb və regiondakı bütün tərəfləri danışıqlar prosesinin problemsiz davam etməsinə dəstək verməyə çağırıb.
ABŞ prezidenti neft qiymətlərinin aşağı düşməsindən və fond bazarlarında müşahidə olunan yüksəlişdən məmnunluğunu ifadə edərək, “Livan, Hizbullah və İsrail də daxil olmaqla bütün cəbhələrdə tam atəşkəs gözləyirik”, - deyə bildirib.
Aytən Yaşar/ Turkustan.az