Tuskdan Ukraynaya sərt mesaj: Empatiya dövrü başa çata bilər


Polşanın Baş naziri Donald Tusk bildirib ki, Kiyev hökuməti Ukrayna Üsyançı Ordusu (UÜO) ilə bağlı mübahisəli qərarından irəli gələn etimad böhranını həll edə bilməsə, iki ölkə arasındakı münasibətlər "empatiya ilə deyil, sərt biznes düşüncəsi ilə" aparılacaq.

Turkustan.az xəbər verir ki, Polşanın dövlət televiziyası TVP World-ün məlumatına görə, Tusk jurnalistlərə Kiyev hökumətini tarixi fikir ayrılığını ciddiyə almağa çağırıb.

Tusk tarixi hadisələrin şərhlərinin fərqli ola biləcəyini qeyd etdi, lakin qarşılıqlı həssaslığa hörmət edilməli olduğunu vurğuladı.

Tusk Ukraynanın Sovet hakimiyyətinə qarşı mübarizə aparanları anmaq istəyini başa düşdüyünü, lakin eyni zamanda "polyakları öldürənləri" anmağı qəbul edə bilməyəcəyini və əlavə edib ki, "bu problemi onlar yaradıblar, ona görə də həll yolu tapmalıdırlar".

Ukraynanın müharibədən sonrakı yenidən qurulması ilə bağlı Polşanın Qdansk şəhərində keçiriləcək qarşıdan gələn konfransa toxunan Tusk bunun Kiyev hökuməti üçün vacib olduğunu söylədi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ