Şara və Tramp regional hadisələri müzakirə etdilər


Suriya prezidenti Əhməd Şara ABŞ prezidenti Donald Trampla ikitərəfli münasibətləri, regiondakı siyasi və təhlükəsizlik inkişaflarını müzakirə edib.

Turkustan.az xəbər verir ki, Suriya prezidentliyinin açıqlamasına görə, prezident Şara ABŞ prezidenti Trampla telefonla danışıb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də regiondakı son siyasi və təhlükəsizlik hadisələri müzakirə olunub.

Şara və Tramp Suriyanın sabitliyini dəstəkləmək və qarşıdakı dövrdə iqtisadi bərpasına töhfə vermək üçün əməkdaşlıq yollarını müzakirə ediblər.

Bölgədəki təhlükəsizlik vəziyyəti və regional gərginliyin yaratdığı çətinliklərin də müzakirə olunduğu görüşdə Şara Suriyanın yenidənqurma və bərpa mərhələsinə beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq, qalan sanksiyaların aradan qaldırılmasının Suriya iqtisadiyyatının dirçəldilməsi və vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində fundamental bir addım olduğunu bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ