Tramp: İranla razılaşma ya mükəmməl olacaq, ya da heç olmayacaq


ABŞ prezidenti Tramp İranla mümkün razılaşmanı qiymətləndirərkən bildirib ki, "razılaşma ya əla və mənalı olacaq, ya da heç bir razılaşma olmayacaq".

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək İranla mümkün razılaşmaya münasibət bildirib.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) "fəlakət və uğursuzluq" adlandıran Tramp, bu müqavilənin İranın nüvə silahı əldə etməsinə yol açdığını və öz müqaviləsinin tamamilə əksini edəcəyini iddia etdi.

Digər tərəfdən, Tramp "Demokratların, sözdə Respublikaçıların və axmaqların" İranla mümkün razılaşmadan xəbərsiz olduğunu bildirərək, Respublikaçı senatorlar Tom Tillis və Bill Kassidi, eləcə də Respublikaçı Nümayəndələr Palatasının üzvü Tomas Massi kimi tənqidçilərinin "yollarını azdığını" iddia etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ