ABŞ və İran razılığa gələcək? - ‘Washington Post’ son vəziyyəti açıqladı


ABŞ və İran tərəfləri müharibəyə son qoyacaq və Hörmüz boğazının yenidən açılmasını təmin edəcək yekun razılaşma üzrə danışıqları davam etdirir.

Turkustan.az xəbər verir ki, “Washington Post” qəzetinə danışan mənbələrin sözlərinə görə, tərəflər “anlaşma memorandumu üçün çərçivə”nin yaradılması barədə razılığa gəliblər və son təklif hazırda İranın təsdiqini gözləyir.

Məlumata əsasən, ABŞ və İran yekun sülh razılaşması əldə olunana qədər atəşkəsin 60 gün uzadılmasını nəzərdə tutan çərçivə sənədini müzakirə edirlər. ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisi bildirib ki, proses həmçinin Hörmüz boğazının minalardan təmizlənməsini və beynəlxalq dəniz nəqliyyatı üçün yenidən açılmasını da əhatə edir.

Bununla belə, rəsmi qeyd edib ki, bazar günü etibarilə tərəflər arasında hələlik heç bir yekun sənəd imzalanmayıb. Mövcud çərçivənin hüquqi baxımdan nə dərəcədə məcburi olacağı isə hələ dəqiq deyil.

Məsələ ilə tanış olan bir diplomat da “Washington Post”a açıqlamasında son təklifin hazırda İran rəhbərliyi tərəfindən təsdiqlənmə mərhələsində olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ