Marko Rubio Ermənistana niyə gedir? - Mirzoyan açıqladı


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubionun planlaşdırılan səfərinin ölkədə keçiriləcək parlament seçkisi ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

"Seçkinin məsələyə nə aidiyyəti var? Bunlar necə əlaqələndirilə bilər?" - Rubionun Ermənistana səfərinin qarşıdan gələn səsvermə prosesi ilə bağlı olub-olmaması barədə sualı cavablandıran Mirzoyan deyib.

Nazir səfər çərçivəsində imzalanması gözlənilən sazişlərin detallarını açıqlamayaraq, bu barədə məlumatın daha sonra ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb. Medianın məlumatına görə, İrəvanda Mirzoyan və Rubio arasında danışıqların aparılması, ardınca isə müvafiq sənədlərin imzalanması nəzərdə tutulur. /Oxu.Az/


MANŞET XƏBƏRLƏRİ