Ceyhun Bayramov ABŞ-yə getdi


Xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində 26 may tarixində nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda keçiriləcək yüksək səviyyəli iclasda çıxışı, həmçinin bir sıra yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ