Türk admiraldan xəbərdarlıq: “İran müharibəsi yenidən başlayır”


“Amerika Birləşmiş Ştatları Prezidentinə 1973-cü ildən fövqəladə hallarda Konqresin razılığı olmadan silahlı qüvvələrdən 60 gün istifadə etmək səlahiyyəti verilib. Bu 60 günlük müddət başa çatıb. ABŞ-ın yenidən hücum etməsi və daha bir 60 günlük müddətin başlaması üçün bir bəhanə yaradılır. Məhz bu zaman Birləşmiş Ərəb Əmirlikləri ortaya çıxır”.

Turkustan.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.

O, bildirib ki, BƏƏ İranı Mirage 2000-lər və Çin istehsalı olan Wing Lu dronları ilə bombalayır:

“Çin İranı dəstəkləyir, lakin Birləşmiş Ərəb Əmirlikləri və İsrailə pilotsuz təyyarələrini tədarük edir. ABŞ prezidenti Çinlə 30 milyard dollarlıq yeni bir müqavilə imzaladı. Çinin bütün vətəndaşlarını və diplomatlarını İranı tərk etməyə çağırması isə İranın tək qalması deməkdir”.

Ekspert qeyd edib ki, indi İranın Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə hücum etməyə təhrik edilməsi ilə qarşılaşan bir qrup Körfəz dövləti var ki, onlar özlərini ABŞ və İsraildən asılı, Dəmir Günbəzdən asılı hiss edirlər:

“İran buna öz proksi qüvvələri ilə cavab verəcək. Ən vacib kozırı əslində Bab əl-Məndəb və Hörmüz boğazlarıdır. Və bu vəziyyətdə Türkiyə Avrasiyanın geosiyasi mərkəzinə çevrilir. Heç nə qısamüddətli deyil. ABŞ-ın Zəngəzur dəhlizindəki iştirakı, Ermənistanın razı salınması, Qarabağ müharibəsi zamanı ABŞ-ın susqunluğu, Rusiyanın Qarabağın qaytarılması ilə bağlı səssiz qalması, İsrailin dəstəyi və sonradan Zəngəzur dəhlizinin açılması üçün görülən tədbirlər Türkiyənin geosiyasi dəyərini artırır”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ