Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi


Xəbər verdiyimiz kimi, İran hökuməti Azərbaycan–İran sərhədindən avtomobil idxalının genişləndirilməsi barədə qərar qəbul edib. Məlumata görə, bu addım ölkədə avtomobil idxalına qoyulan bəzi şərti məhdudiyyətlərin yumşaldılması və xarici avtomobillərə artan tələbat fonunda atılıb.

Məsələnin mahiyyəti nədir? Gürcüstanla qatar nəqliyyatının bərpasından sonra Rusiya və İranla da sərhədlərin müəyyən qədər açılacağı gözlənilirmi?

Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanın quru sərhədlərinin açılması istiqamətində tədricən addımlar atılacaq:

“Bunun başqa yolu yoxdur. Çünki Azərbaycan beynəlxalq münasibətlərin tərkibində olan bir ölkədir. Qərarları və hansı addımların atılacağını da özü müəyyən edir. Bu il ərzində İran və Rusiya ilə quru sərhədlərin açılması məsələsi də öz həllini tapa bilər. Sözügedən prosesin mərhələli şəkildə həyata keçiriləcəyi gözlənilir”.

natiq ceferli real 2

Natiq Cəfərli

İqtisadçı bildirib ki, artıq bu istiqamətdə ilkin addımlar atılır:

“Gürcüstanla dəmir yolu fəaliyyətə başlayır, bir müddətdən sonra quru yollar da açıla bilər. Bu ilin sonuna qədər Gürcüstanla quru sərhədlərin tam açılması mümkündür. Burada müəyyən qaydaların tətbiqi də istisna deyil. Məsələn, say məhdudiyyətlərinin tətbiqi, nəzarət sistemlərinin yaradılması və sair. Hər bir halda quru sərhədlərin açılması bir çox sahələrdə — ölkəmizin imici, turizm və iqtisadiyyat üçün çox vacibdir”.


MANŞET XƏBƏRLƏRİ