İranın gizli xilaskarı ortaya çıxdı – ABŞ kəşfiyyatı araşdırır, amma…


Çin şirkətləri İranla mümkün silah tədarükü barədə danışıqlar aparır.

Turkustan.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, söhbət hərbi təchizatın üçüncü ölkələr, xüsusilə Afrika üzərindən tranzit marşrutlarla gizlədilməsi planından gedir:

“Bu sxem vasitəsilə silahların mənşəyinin gizlədilməsi və rəsmi izlərin itirilməsi nəzərdə tutulur. Lakin hələlik tədarüklərin həcmi və Çin rəhbərliyinin bu prosesdən nə dərəcədə xəbərdar olduğu dəqiq müəyyən edilməyib.

ABŞ kəşfiyyatında bu məlumatla bağlı fikir ayrılıqları var. Bəzi mənbələr silahların həqiqətən tranzit ölkələrə çatdırılıb-çatdırılmadığını təsdiqləyə bilmir”.

İddiaların ABŞ Prezidenti Donald Trampın Pekin səfəri ilə eyni vaxta düşməsi Vaşinqtonda məsələnin daha çox gündəmə gəlməsinə səbəb olub:

“Bu da mövzunun danışıqlar gündəminə daxil edilməsi üçün təzyiqi artırıb. Lakin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başladıqdan sonra Çin istehsalı silahların birbaşa istifadəsinə dair konkret sübut qeydə alınmayıb”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ