Vanq Yi: Çin İran və ABŞ arasında sülh danışıqlarını təşviq etməyə hazırdır


Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, bu gün Yaxın Şərqdəki vəziyyət müharibə ilə sülh arasında dönüş nöqtəsindədir və Çin Yaxın Şərqdə sülhü bərpa etmək üçün İranla ABŞ arasında sülh danışıqlarını təşviq etməyə hazırdır.

Turkustan.az xəbər verir ki, o, bunu Pekində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə bildirib .

Vanq bildirib ki, "Regiondakı (Yaxın Şərq – red.) hazırkı vəziyyət müharibə ilə sülh arasında kritik bir dönüş nöqtəsindədir. Çin hesab edir ki, nəyin bahasına olursa olsun, hərbi əməliyyatlara son qoymaq lazımdır. Münaqişənin yenidən başlaması qəbuledilməzdir və danışıqların davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, Çin İranı milli suverenliyini və təhlükəsizliyini qorumaqda dəstəkləyir və İranın diplomatik kanallar vasitəsilə siyasi həll yolu axtarmaq istəyini yüksək qiymətləndirir.

Hörmüz boğazına gəldikdə, Çinin baş diplomatı dünyanın bir çox ölkəsinin onun açılmasına ümid etdiyini vurğuladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ