Netanyahu Hizbullaha qarşı yeni bir layihə başlatdı


İsrailin Baş naziri Binyamin Netanyahu Livanda Hizbullah tərəfindən həyata keçirilən dron hücumlarının artmasının qarşısını almaq üçün yeni bir layihəyə başladıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Netanyahu videomüraciətində Hizbullahın Livanın cənubunda həyata keçirdiyi dron hücumları və ABŞ-dan yeni F-35I və F-15I qırıcı təyyarələrinin alınması ilə bağlı fikirlərini bölüşüb.

Netanyahu bildirib ki, bir neçə həftə əvvəl Livanda Hizbullahın dron hücumlarının qarşısını almaq məqsədilə yeni layihənin hazırlanmasına göstəriş verib. Layihə barədə ətraflı məlumat açıqlanmasa da, o qeyd edib: “Bu, vaxt aparacaq, lakin biz artıq bunun üzərində işləyirik”.

Baş nazir həmçinin vurğulayıb ki, İsrail “inqilabi” və “oyunun qaydalarını dəyişdirəcək” yeni hərbi texnologiyalar üzərində çalışır. O əlavə edib ki, İsrail hökuməti növbəti on il ərzində müdafiə büdcəsinə 350 milyard İsrail şekeli ayırmağı planlaşdırır.

İsrail Müdafiə Nazirliyi tərəfindən iki eskadrilya F-35I və F-15I qırıcı təyyarələrinin alınmasının təsdiqləndiyini xatırladan Netanyahu bildirib ki, bu addım ölkənin hava üstünlüyünü daha da gücləndirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ