İranın ABŞ-la müharibəni bitirmək planı açıqlandı


“Əl-Cəzirə” jurnalistləri İranın ABŞ-la müharibəyə son qoymaq planını açıqlayıblar.

Turkustan.az xəbər verir ki, məlumat kanalın saytında dərc edilib.

Plan üç mərhələdən ibarətdir. Təklifə əsasən, ölkələr əvvəlcə mövcud atəşkəsi 30 gün ərzində daimi sülhə çevirməlidirlər. Bu mərhələdə tərəflər tədricən Hörmüz boğazında gəmiçilik hərəkətini bərpa etməyə başlayacaqlar.

Bundan əlavə, ABŞ, İran və İsrail qarşılıqlı hücum etməmək öhdəliyi imzalamalıdırlar.

İkinci mərhələdə İran “sıfır saxlama prinsipi”nə uyğun olaraq, müəyyən edilmiş 3,6 faizlik limit bitdikdən sonra uranın zənginləşdirilməsini bərpasını müzakirə etməyi təklif edir.

Son mərhələdə İran ərəb qonşuları ilə strateji dialoqa girməyə və bütün Yaxın Şərqi əhatə edəcək təhlükəsizlik sistemi yaratmağa hazırdır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ