Zelenski: Yaxın Şərqdəki müharibə Ukrayna müharibəsini kölgədə qoymamalıdır


"Rusiyanın Avropadakı müharibəsi İrandakı vəziyyət səbəbindən diqqətdən kənarda qalmamalıdır".

Turkustan.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında yazıb.

O, qeyd edib ki, dünya baş verənlərə səssiz qalmamalı və Avropadakı Rusiya müharibəsi İrandakı münaqişə fonunda unudulmamalıdır. O, “Şəhid” tipli dronların və raketlərin insanları eyni dərəcədə hədəf aldığını vurğulayaraq, hava hücumundan müdafiənin gücləndirilməsinin vacibliyini bildirib.

Onun sözlərinə görə, hər bir siyasi razılaşma vaxtında icra olunmalı və Rusiyaya qarşı təzyiqlər dayanmamalıdır. Zelenski əlavə edib ki, Dneprdə Rusiya hücumlarından sonra xilasetmə əməliyyatları davam edir və şəhər gecədən bəri həm raket, həm də dron hücumlarına məruz qalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ