Suriya prezidenti Əhməd Şara Dəməşqdə keçirilən tədbirdə nümayiş etdirilən rəqs və musiqi proqramlarına yönələn reaksiyalara münasibət bildirib.
Turkustan.az xəbər verir ki, “Bu, bizim proqramımızda yox idi”, – deyə Şara qeyd edib.
O bildirib ki, Əl-Fayhaa Zalının açılışında iştirakı əvvəlcədən planlaşdırılmayıb: “Bu tədbirdə iştirak etmək və ya ziyarət etmək bizim cədvəlimizdə yox idi. Biz Körfəz ölkələrinə səfərə hazırlaşırdıq”.
Prezident əlavə edib ki, dəvət tədbirə qısa müddət qalmış göndərildiyi üçün mərasimə gec qatılıblar.
Şara nümayişlərdə aydın bir mesaj görmədiyini bildirərək, milli tədbirlərin məna kəsb etməli olduğunu vurğuladı. O, bu cür təşkilatların cəmiyyətin mədəni dəyərlərini əks etdirməli olduğunu söylədi.
İctimaiyyətin tənqidlərini nəzərə aldıqlarını deyən Şara gələcək tədbirlərin Suriya adət-ənənələrinə, mədəniyyətinə uyğun təşkil edilməsi üçün təlimatlar verdiyini açıqladı.

Aytən Yaşar/ Turkustan.az