Trampdan İran açıqlaması: Blokadaya görə heç bir iş görə bilmirlər


ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq etdikləri blokadanın 100 faiz effektiv olduğunu və Tehranın fəaliyyət imkanlarının ciddi şəkildə məhdudlaşdırıldığını bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə mətbuata açıqlamasında qeyd edib ki, ABŞ İrandakı məqsədlərinin təxminən 75 faizinə nail olub. Onun sözlərinə görə, İran tərəfi danışıqlara maraq göstərir: “Onlar razılaşmaq istəyirlər. Biz onlarla danışırıq. Amma ölkəni kimin idarə etdiyini belə bilmirlər. Onlar tamamilə xaos içindədirlər.”

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton davamlı razılaşmaya nail olmaq niyyətindədir. O, İranın son iki həftə ərzində silah ehtiyatlarını artırmış ola biləcəyini desə də, bu ehtiyatların məhv ediləcəyini vurğulayıb.

Jurnalistin nüvə silahından istifadə ehtimalı ilə bağlı sualını cavablandıran Tramp, “Xeyr. Niyə istifadə etməliyəm?” deyə bildirib və əlavə edib ki, heç bir ölkəyə nüvə silahından istifadə etməyə icazə verilməməlidir.

Tramp həmçinin İsrail və Livan arasında atəşkəsin üç həftə uzadılacağını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ