Atəşkəsdə qorxulan oldu! Paytaxtda partlayış səsləri eşidilir


ABŞ prezidenti Donald Trampın atəşkəsin qeyri-müəyyən müddətə uzadıldığını elan etməsindən bir neçə gün sonra bölgədə yenidən gərginlik artıb.

Turkustan.az xəbər verir ki, İranın paytaxtı Tehranda güclü partlayış səsləri eşidilib.
İranın Mehr agentliyi ölkənin şərq və qərb bölgələrində hava hücumundan müdafiə sistemlərinin işə salındığını və mümkün hücumlara cavab verildiyini bildirib. Paytaxtda bir neçə partlayışın baş verdiyi qeyd olunur.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. İsrail ordusu isə yayımladığı açıqlamada İrandakı partlayışlarla bağlı hər hansı əlaqəsinin olmadığını bildirib və əməliyyat keçirmədiyini iddia edib.
Bölgədə gərginliyin davam etdiyi bir vaxtda bu hadisənin atəşkəs prosesinə necə təsir edəcəyi sual doğurur..

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ