İran və ABŞ arasında qeyri-müəyyən müddətə elan olunan atəşkəsə baxmayaraq, Hörmüz boğazı ətrafında gərginlik davam edir.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social platforması vasitəsilə məsələ ilə bağlı sərt mesaj verib.
Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən istənilən gəmini, ölçüsündən asılı olmayaraq, dərhal məhv etmək əmri verib. O vurğulayıb ki, bu məsələdə heç bir tərəddüd olmayacaq. Prezident həmçinin qeyd edib ki, ABŞ-ın mina təmizləmə gəmiləri artıq fəaliyyətdədir və bu əməliyyatların miqyasının üç dəfə artırılmasına göstəriş verib.
Eyni zamanda, Almaniya Hərbi Dəniz Qüvvələrinin də Hörmüz boğazında mümkün mina təmizləmə əməliyyatına hazırlaşdığı bildirilir.
ABŞ mediasının məlumatına görə, boğazdakı minaların tam təmizlənməsi altı aya qədər davam edə bilər. Həmçinin qeyd olunur ki, bu prosesin ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə başa çatmadan əvvəl tamamlanması ehtimalı aşağıdır.
Aytən Yaşar/ Turkustan.az