Qlobal bazarlarda neft qiymətlərinin artması inflyasiya və faiz gözləntilərini gücləndirib, bu isə qızılın qiymətinə mənfi təsir göstərib.
Turkustan.az xəbər verir ki, analitiklərə görə, artan enerji xərcləri və geosiyasi risklər qiymətli metallar üzərində təzyiq yaradır. Bu fonda həm qram qızıl, həm də unsiya (ons) qızıl yeni günə ucuzlaşma ilə başlayıb.
ABŞ–İran danışıqları ətrafındakı qeyri-müəyyənlik və qlobal iqtisadi göstəricilər də bazarda dalğalanmanı artıran əsas amillər kimi qiymətləndirilir. /bakupost.az/