Trükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Günü və Türkiyə Böyük Millət Məclisinin açılışının 106-cı ildönümü münasibətilə Prezident Kompleksində Milli Təhsil naziri Yusuf Tekin və onu müşayiət edən uşaqları qəbul edib.
Turkustan.az xəbər verir ki, mərasimdə Kırklarelidən olan Gülsunun “Bayraq” şeirini oxuması və onun böyük qardaşının iştirakı diqqət çəkib.
Qəbulun ən yaddaqalan anlarından biri Milli Təhsil naziri Yusuf Tekinin Gülsunun qardaşını prezident Ərdoğanın yanına gətirərək onunla tanış etməsi olub. Nazir, Gülsunun uğurunda böyük pay sahibi olan qardaşı “gizli qəhrəman” kimi təqdim edib.
Proqram zamanı balaca Gülsunun unudulmaz hala gələn şeir oxuduğu video nəhəng ekrana əks olundu. Bacısının məsum və coşğun davranışını izləyən böyük qardaşı duyğulara qərq oldu və göz yaşlarına boğuldu. Gəncin hıçqırıqlarını görən Prezident Ərdoğan onu böyük şəfqətlə qucaqladı və təsəlli etdi.
Aytən Yaşar/ Turkustan.az