“The New York Times” qəzeti İran mənbələrinə istinadən iddia edir ki, 28 fevralda başlayan İsrail–ABŞ hücumları zamanı İranın yeni dini lideri Müctəba Xamenei yaralanıb.
Turkustan.az xəbər verir ki, məlumata görə, o, hücum zamanı ağır xəsarətlər alıb, lakin buna baxmayaraq ölkənin qərar qəbuletmə prosesində iştirakını davam etdirir.
Hesabatda həmçinin Xameneinin bir ayağından üç dəfə əməliyyat olunduğu və gələcəkdə protez ayağa ehtiyac duya biləcəyi iddia edilir. Bundan başqa, onun əlindən də əməliyyat keçirildiyi və funksiyasını tədricən bərpa etdiyi bildirilir.
Eyni iddialara görə, hücum zamanı üz və dodaq nahiyələrində ciddi yanıqlar alan Xamenei danışmaqda çətinlik çəkib və gələcəkdə kosmetik əməliyyata ehtiyac yarana bilər.
Hesabatda İran prezidenti və ürək cərrahı Məsud Pezeşkiyanın Xameneinin müalicə prosesində yaxından iştirak etdiyi də qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az