ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak S-400 məsələsinin diplomatiya yolu ilə həll edilə biləcəyini və Türkiyənin F-35 proqramına qayıtmasının NATO-nun qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri Barrak Antalya Diplomatiya Forumu (ADF) 2026-dakı çıxışında toxunduğu mövzularla bağlı Fox News Digital-a yazılı müsahibə verib.
ADF-də qaldırdığı mövzuları xatırladan Barrak ABŞ Prezidenti Donald Trampın xarici siyasət yanaşması və Türkiyə–Amerika münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması və daha sonra F-35 proqramından çıxarılması ilə bağlı ABŞ-ın mövqeyini vurğulayan səfir, Ankaranın F-35 proqramına yenidən qoşulmasını istədiklərini bir daha qeyd edib.
Aytən Yaşar/ Turkustan.az