Meksika prezidenti Şeynbaum Milli Sarayda keçirilən gündəlik mətbuat brifinqində baş verən hadisənin ölkənin suverenliyinin pozulması olub-olmadığını müəyyən etmək üçün araşdırma aparıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Şeynbaum bildirib: “Bu vəziyyət tam şəkildə aydınlaşdırılmalıdır. Xarici İşlər Nazirliyi ABŞ səfirinə bütün məlumatların təqdim olunmasını tələb edən məktub göndərib. Bu, milli təhlükəsizlik və suverenlik məsələsidir, buna görə də baş verənlərə yüngül yanaşmaq olmaz.”
Prezident əlavə edib ki, federal qurumlar iki xarici agentin səhra əməliyyatlarında iştirakından xəbərsiz olub. O, vurğulayıb ki, Meksikada heç bir ştat hökuməti federal kanallar xaricində xarici qurumlarla təhlükəsizlik sahəsində əməkdaşlıq qura bilməz.
Aytən Yaşar/ Turkustan.az